Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 23-24-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Niderland Krallığına rəsmi səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Maastrixt şəhərində Niderland-Azərbaycan biznes forumu keçiriləcək.
AZƏRTAC AZPROMO-nun məlumatına istinadən bildirir ki, forum çərçivəsində Azərbaycan sahibkarları Niderlandda işgüzar əlaqələr qurmaq və özlərinə tərəfdaşlar tapmaq imkanı əldə edəcəklər.