"Juventus" Belçika millsinin üzvü Aksel Vitseli transfer etmək üçün "Zenit"ə təklif göndərib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Turin klubu "Zenit"ə 18 milyon avro ödəməyə hazır olsa da, rədd cavabı alıb. Peterburq təmsilçisi Vitseli 30 milyon avrodan aşağı qiymətə satmaq niyyətində olmadığını büruzə verib. Poqbanın yayda komandadan ayrılmaq ehtimalı yüksək olduğundan "qoca sinyora" Vitseli heyətə qatmaq istəyir.

Qeyd edək ki, daha öncə "Zenit"in mətbuat xidmətindən belçikalı yarımmüdafiəçi üçün 100 milyon avro buraxılış qiyməti təyin edildiyi bildirilmişdi.
Milli.Az
Milli.Az