"Bavariya" "Portu"ya qarşı Çempionlar Liqasının 1/4 finalında bu gün keçiriləcək cavab matçına ciddi itki ilə çıxacaq.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Frank Riberi, Aryen Robben, Xavi Martinez və David Alaba sözügedən qarşılaşmanı buraxacaqlar. Buna səbəb sözügedən oyunçuların zədələrinin sağalmamasıdır.
Filipp Lam və Bastian Şvaynştayqerin isə "Portu" ilə oyun üçün heyətdə yer alacaqları gözlənilir.
Milli.Az
Milli.Az