Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə yoxsulluqla mübarizə aparmaq üçün sayca 12-ci oyun keçirilib.
Metbuat.az-ın xəbərinə görə, UNDP ulduzlar komandası "Sent Etyen"in məşhur futbolçuları ilə qarşılaşıb. Oyun "Sent Etyen"ə məxsus "Joffrua Qişar" stadionunda keçirilib.
UNDP komandasının heyətində Ronaldo, Zidan, Trezeqe, Kafu, Zeedorf, Bartez, De Bur qardaşları və s. bu kimi ulduz futbolçular forma geyiblər. Qarşılaşma "Sent Etyen"in 9:7 hesablı qələbəsi ilə yekunlaşıb. Ronaldo het-triklə görüşə damğasını vurub.
16 qolun qeydə alındığı matçın icmalını təqdim edirik.