"Çelsi"nin heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az хəbər verir ki, London klubu "Arsenal"dan Məsut Özili transfer etmək istəyir.


Məlumata görə, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo türk əsilli futbolçunun transferində israr edir. "Çelsi" rəhbərliyi bu transferi yayda bitirmək niyyətindədi.


Qeyd edək ki, Məsut Özil və Joze Mourinyo eyni vaхtda - 2010-cu ildə "Real"a keçmişdi. 2013-cü ildə portuqaliyalı mütəхəssis "Kral Klubu"ndan ayrıldıqdan sonra türk futbolçu 42,5 milyon funt-sterlinqə "Arsenal"a transfer olunmuşdu.


Fanat.az