[ 21 Aprel 2015 12:57 ]



Bakı - APA. Böyük Britaniyanın Hollandiyanın Haaqa şəhərində yerləşən səfirliyində yanğın baş verib. 

 
APA-nın “TASS”a istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 8.00 radələrində başlayan yanğın söndürülüb, xəsarət alan yoxdur. 
 

Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, yanğını törətməkdə şübhəli bilinən şəxs səfirlik binasının yaxınlığında saxlanılıb.