Paytaxtımızda “Baku Travel Bazaar Wellness” adlı tədbir keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də “Fairmont Baku” mehmanxanasında Ukraynanın “Chance Travel Consulting” şirkətinin və Azərbaycanda fəaliyyət göstərən “R&S Group”un təşkilatçılığı ilə “Baku Travel Bazaar Wellness” adlı tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutan tədbirdə İsveçrə, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Gürcüstan və Türkiyə də daxil olmaqla, 15-ə yaxın ölkənin termal kurortları, SPA hotelləri və klinikaları iştirak edib.
Tədbirin təşkilatçısı Ukraynanın “Chance Travel Consulting” şirkətinin nümayəndəsi Viktoriya Belaya AZƏRTAC-a müsahibəsində bildirib ki, tədbir əsasən Azərbaycanda lüks turizminin inkişafına təkan verəcək. Onun sözlərinə görə, budəfəki “Baku Travel Bazaar”da Azərbaycanın və Gürcüstanın aparıcı turizm şirkətləri yeni istiqamətlərlə tanış olur, eyni zamanda həmkarları ilə daha yaxından əməkdaşlıq əlaqələri qurmaq imkanı əldə edirlər.
Viktoriya Belaya onu da bildirib ki, “Baku Travel Bazaar”ın il ərzində bir neçə dəfə təşkili nəzərdə tutulur. Bu artıq ikinci tədbirdir. “Baku Travel Bazaar Exotic” və “Baku Travel Bazaar Adventures” adlı ikinci və üçüncü tədbirlər isə sentyabr, oktyabr aylarında reallaşacaq.
Qeyd edək ki, lüks turizmində qonaqların arzularına uyğun olaraq yüksək səviyyədə xidmətlər göstərilir. Bu turizm növü ilə məşğul olan şirkətlər qonaqlarını brend hotellər, özəl təyyarələr, yaxtalar, minik avtomobilləri ilə təmin edir. Yüksək səviyyəli xidmət göstərən turizm obyektlərində turistlərə asudə vaxtlarını daha maraqlı keçirmələri üçün xizək, qolf, dalğıc, idman avtomobil turları, paraşütdən tullanma, sörfinq və s. yaddaqalan istirahət imkanları yaradılır.
“Baku Travel Bazaar Wellness” çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25