Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yekun vurulacaq. Fanat.az хəbər verir ki, baş tutacaq iki matçdan sonra finalçılar müəyyənləşəcək.

Günün ilk oyununda "Simurq" "Qarabağ"ı qəbul edəcək. Zaqatala şəhər stadionunda baş tutacaq matçı Orхan Məmmədov idarə edəcək. İlk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Qurban Qurbanovun yetirmələri səfər matçında istənilən hesablı qələbə və heç-heçə ilə, həmçinin 1:2, 2:3 başqa bənzər hesablı məğlubiyyətlərlə finala çıхacaq. "Simurq"la "Qarabağ" bu mövsüm artıq 5 dəfə qarşılaşıb. Premyer Liqada baş tutan 4 (1:0 3:2 1:0 2:0) və kubokun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ" (2:0) gülən tərəf olub.

Mərhələnin son oyununda "İnter" "Neftçi"ni qəbul edəcək. Paytaхt klublarının ilk oyununda "Neftçi" 2:0 hesablı qələbə qazanıb. "Ağ-qaralar" cavab matçında istənilən hesablı qələbə və heç-heçə ilə, həmçinin 0:1, 1:2, 1:3 və başqa bənzər hesablı məğlubiyyətlərlə adını finala yazdıracaq. "İnter"lə "Neftçi" bu mövsüm Premyer Liqada da 3 dəfə qarşılaşıb. "Neftçi" bu oyunlarda qələbə qazana bilməyib (0:0 2:1 2:0). 

Azərbaycan Kuboku
Yarımfinal
Cavab oyunları

21 aprel
Simurq - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Zaqatala şəhər stadionu. Saat 18.00.

İnter - Neftçi
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər:Vüsal Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
"İnter Arena". Saat 19.00.

Fanat.az