Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" turnirində 5-ci tura start verilir.

Metbuat.az-ın xəbərinə görə, bu gün ümumilikdə 5 görüş keçiriləcək. Günün mərkəzi oyununda Şəhriyar Məmmədyarov Vladimir Kramniklə qarşılaşacaq. Bir digər maraqla gözlənilən oyunda Vişvanatan Anand Uesli So ilə münasibətlərinə aydınlıq gətirəcək. Digər təmsilçimiz Rauf Məmmədov isə Maykl Adamsla oynayacaq.

5-ci günün proqramına nəzər salaq:

Vişvanatan Anand - Uesli So

Maqnus Karlsen - Maksim Vaşye-Laqrav

Fabiano Karuana - Aniş Qiri

Rauf Məmmədov - Maykl Adams

Şəhriyar Məmmədyarov - Vladimir Kramnik

Oyunlar Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.