Türkiyənin Kahramanmaraş vilayətində dəhşətli qətl hadisəsi törədilib.

ANS PRESS-in məlumatına görə, Kahramanmaraşda 39 yaşlı Şuca Qənnəm adlı suriyalı müəllim şəxsiyyəti naməlum şəxs tərəfindən boğazı kəsilərək öldürülüb. Hadisə gecə saatlarında meydana gəlib.

Ölkəsində yaşanan qarışıqlıqdan sonra Türkiyəyə qaçıb gələrək kirayədə yaşayan Şuca adlı suriyalı onunla eyni məhəllədə yaşayan birinin evinə gedib. Tərəflər arasında mübahisə yaranıb və nəticədə o, qarşı tərəfin fiziki təzyiqinə məruz qalaraq qətlə yetirilib.

Faktla bağla cinayət işi açılıb.

Cinayətkarın müəyyən edilməsi və saxlanılması üçün əməliyyatlar davam etdirilir.

Mənbə
ANS PRESS