[ 21 Aprel 2015 10:43 ]
Bakı. Vüsal Nəbiyev – APA-Economics. Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan köməkçi hissəsində təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti tam dayandırılıb.
Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə məlumat verilib.
Məlumatda bildirilir ki, prospektin əsas hissəsi açıq olduğu üçün nəqliyyat vasitələrinin hərəkətində heç bir problem yaşanmayacaq.