Tam taxıllar (kəpəkli, çovdar məhsuları)
Gündəlik karbohidrat ehtiyacının əsas hissəsini çörək qarşılayır. Kəpəkli çörək, çovdar çörəyinin əvəzinə ağ çörək istifadə etsəniz dəridə qurumalar ola bilər. Tam taxıllar isə B vitamini ilə zəngindir və antioksidan tərkiblidir.
Çərəz
E vitamini dəri üçün ən önəmli vitaminlərdəndir. Bu vitamin sərbəst radikalların orqanizmdən çıxarılmasına kömək edir. Bu yağ tərkibli vitamindir. Fındıq, fıstıq, qoz, badamın tərkibində boldur.
Tərəvəz
Yumşaq və parlad dəri üçün tərəvəzin faydası saymaqla bitməz. Bu məhsulların tərkibi A vitamini ilə zəngin olduğu üçün nəticəsi özünü çox gözlətmir. Xüsusilə yaşıl tərəvəzləri süfrənizdən əksik etməyin. A vitamini hüceyrələrin zərər görməsinin qarşısını alır.
Meyvə
C vitamini ilə zəngin olan meyvələr elastik və möhkəm dəriyə sahib olmağa kömək edir. Buna görə də bir çox kremin tərkibində C vitamini olur. Bu vitamin kollajen adlandırılan və dərinin əsasını təşkil edən proteinin artmasına səbəb olur. Gəncliyi qorumaq üçün çiyələk, portağal, limon, naringi, qreypfrut kimi C vitamini ilə bol meyvələri bol-bol yeyin.
Balıq
Dəniz məhsulları deyəndə ilk ağla gələn omega-3-dür. Bu vitamin özəlliklə yağlı balıqların tərkibində daha çoxdur. Bu məhsullar iltihabların qarşısını alır, dərini qurumaqdan qoruyur. Qan dövranını yaxşılaşdırdığı üçün bütün orqanizm üçün faydalıdır.









Mənbə
ANS PRESS