"İnsan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə Afrikalının taleyinə gündəlik hadisə kimi baxır".

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində qeyd edib.

PA rəsmisi bildirib ki, Aralıq dənizi artıq bir böyük qəbiristanlığa çevrilib:

"Bu dənizə "Arada ölənlər" dənizi adı vermək daha məntiqli olar. Müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və Asiyalılara qapıları açmışdılar", - deyə N.Məmmədov yazıb.

Novruz Məmmədov hesab edir ki, o dövrdəki proseslər geosiyasi məhəbbətin göstəricisi idi.
Mənbə
ANS PRESS