Dünya futbolunun canlı əfsanəsi Pele dünyanın iki ən yaxşı oyunçusu olan Kriştianu Ronaldu ilə Lionel Messini müqayisə edib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Messi haqda xoş sözlər deyən Pele onun dünyanın ən yaxşısı olduğunu bildirib:
 
"Ronaldu ilə Messi müqayisə olunmamalıdır. Ronaldu məhsuldarlığı ilə seçilir. Messi isə həm qollar vurur, həm də oyun qurucusudur. Şəxsən öz komandama Messini seçərdim".

Milli.Az