Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 30-da Beynəlxalq Caz Günü münasibətilə Bakı Caz Mərkəzində Rain Sultanovun qala konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində tanınmış cazmen Rain Sultanovun 50 illik yubileyi qeyd ediləcək. Eyni zamanda, “Azərbaycanda cazın tarixi” (The history of jazz in Azerbaijan) kitabının təqdimatı keçiriləcək.