“Volfsburq”un baş məşqçisi Diter Xekinq hücumçu Nikolas Bendtneri cəzalandırıb.

ANS PRESS-in məlumatına görə, “Şalke”ylə oyunöncəsi danimarkalı futbolçu məşqə gecikib.

Danimarka millisinin aparıcı üzvü yatıb qaldığına görə məşqə vaxtında gəlməyib.

Baş məşqçi Diter Xekinq cəza metodunu işə salaraq futbolçunu 18-liyə salmayıb.

Bu azmış kimi çalışdırıcı Bendtnerə pul cəriməsi də kəsib.
Mənbə
ANS PRESS