Ermənistanda Qarabağ veteranı İrəvanda Azadlıq meydanında etiraz aksiyası keçirib

ANS PRESS-in məlumatına görə, bu barədə veteran, səhra komandiri Xaçik Avetisyan açıqlama verib.

O bildirib ki, aclıq aksiyasına başlayaraq iki həftə əvvəl həbs edilən "Təsisçi parlament"in təşəbbüskarlarının 5 üzvünün və Qarabağ veteranlarının azad edilməsini tələb edir.

Xaçik Avetisyan bildirib ki, əgər həbs edilənlər azad edilməyəcəklərsə, yenidən mitinq təşkil ediləcək.

Qeyd edək ki, aprelin 7-də "Təsisçi parlament"in təşəbbüskarlarının 6 üzvü həbs edilib. Onlardan 5-i ölkədə qarşıdurmalara yaratmaqda ittiham olunurlar. 1 nəfər isə sərbəst buraxılıb.
Mənbə
ANS PRESS