Tarixində ilk dəfə ölkə kubokunun 1/2 final mərhələsinə vəsiqə qazanan "Simurq" bu gün həlledici oynuna çıxacaq. Fanat.az xəbər verir ki, ilk qarşılaşmada "Qarabağ"a 0:1 hesabı ilə məğlub olan Zaqatala klubu bu gün azarkeşləri önündə meydana çıxacaq.
"Simurq" ötən gün məşqləri tamamlayıb. Son məşqdə bütün futbolçular iştirak edib. Ancaq Zaqatala təmsilçisi son çempionla görüşə ciddi itki ilə çıxacaq. Belə ki, komandanın kapitanı İlkin Qırtımov sarı vərəqə limitinə görə bu matçda forma geyinə bilməyəcək.
Fanat.az











