Bakı. 20 aprel. REPORT.AZ/ İranın Xarici İşlər Nazirliyi (XİN) Yəməndəki səfirliyinin olduğu əraziyə aviazərbənin endirilməsi ilə bağlı Səudiyyə Ərəbistanından izahat tələb edib.
"Report" xəbər verir ki, bu barədə PressTV telekanalı məlumat yayıb.
XİN rəhbərinin müavini Hüseyn Əbdullahiyan bildirib ki, XİN Səudiyyə Ərəbistanı tərəfindən İranın Yəməndəki səfirliyinə çox yaxın əraziyə endirilən aviazərbəyə etiraz əlaməti olaraq bu ölkənin yüksək səviyyəli diplomatını idarəyə çağırıb.