Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində tikilməkdə olan bina uçub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 1 nəfər ağır xəsarət alıb.

 

Yaxınlıqdakı binalardan yüzlərlə sakinin evakuasiya edildiyi bildirilir. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.