[ 20 Aprel 2015 22:46 ]
Bakı-APA. Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində tikilməkdə olan bina uçub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 1 nəfər ağır xəsarət alıb.
Yaxınlıqdakı binalardan yüzlərlə sakinin evakuasiya edildiyi bildirilir. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.