Azərbaycanın futzal çempionatının lideri və ən imkanlı klubu sayılan "Xəzər adaları"nda maliyyə problemi yaşandığı haqda xəbər vermişdik. Klubun sahibi Hacı İbrahim Nehrəmlinin komandaya 70 min manata yaxın borcu olduğunu, "Xəzər adaları"nın braziliyalı legionerlərinin ev kirayələrinin ödənmədiyini qeyd etmişdik. 


Vəziyyət o həddə çatmışdı ki, braziliyalı futzalçılar rəhbərliyi pulları verilməzsə, aprelin 26-da "Fənər"lə həlledici görüşə çıxmamaqla təhdid edib. Eyni zamanda, "Xəzər adaları"nın məşq və oyunlarını keçirdiyi "Abu Arena"ya da borclu olduğunu yazmışdıq.


Fanat.az komanda.az-a istinadən xəbər verir ki, artıq problem həll olunub. "Xəzər adaları"na yaxın mənbədən aldığımız məlumata görə, Hacı İbrahim problemin mətbuatda qabardılmasından sonra komandaya olan borcların ödənməsi haqda göstəriş verib. Mənbə onu da bildirdi ki, Nehrəmli klubun "sirr"inin mətbuata sızdırılmasına görə bərk əsəbləşib.


Fanat.az