Sabah Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Fanat.az хəbər verir ki, baş tutacaq iki oyundan sonra finalçılar müəyyənləşəcək.

"Neftçi" və "İnter" kubokda 13 dəfə qarşılaşacaq. "Ağ-qaralar" indiyədək 3, "bankirlər" 4 qələbə qazanıb, 6 matçda qalib müəyyənləşməyib.

Bakı klubları bundan əvvəl 3 dəfə yarımfinal, 3 dəfə 1/4 finalda qarşılaşıb. Hər komanda 3 dəfə mərhələ adlayıb. "Neftçi" 2001/02 və 2011/12 mövsümlərində "İnter"i keçərək finala, 2013/14 mövsümündə isə yarımfinala çıхıb. "İnter" isə 2004/05 və 2009/10 mövsümlərində "Neftçi" səddini keçərək yarımfinala, 2007/08 mövsümündə finala vəsiqə qazanıb.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk oyunda "Neftçi" 2:0 hesablı qələbə qazanıb. "Ağ-qaralar" cavab matçında istənilən hesablı qələbə və heç-heçə ilə, həmçinin 0:1, 1:2, 1:3 və başqa bənzər hesablı məğlubiyyətlərlə adını finala yazdıracaq.

Neftçi - İnter 13 oyun (+3=6-4, top fərqi 10-11)

2001/02

1/2 final

Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı)

2:0, 1:2

2004/05

1/4 final

Neftçi (Bakı) - İnter (Bakı)

0:0, 0:0, pen. 3:4

2007/08

1/2 final

Neftçi (Bakı) - İnter (Bakı)

2:2, 0:1

2009/10

1/4 final

Neftçi (Bakı) - İnter (Bakı)

0:3, 1:2

2011/12

1/2 final

İnter (Bakı) - Neftçi (Bakı)

0:0, 0:1

2013/14

1/4 final

İnter (Bakı) - Neftçi (Bakı)

1:1, 0:0

2014/15

1/2 final

Neftçi (Bakı) - İnter (Bakı)

2:0


Mərhələnin digər oyununda "Qarabağ" "Simurq"un qonağı olacaq. Zaqatala və Ağdam klubları bu mövsüm ilk dəfə kubokda rəqib olub. İlk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Qurban Qurbanovun yetirmələri səfər matçında istənilən hesablı qələbə və heç-heçə ilə, həmçinin 1:2, 2:3 başqa bənzər hesablı məğlubiyyətlərlə finala çıхacaq.

Fanat.az