MDB-nin İnformasiya Şurası “Qələbənin70 illiyi” fotosərgisini təqdim edir
Bakı, 20 aprel, AZƏRTAC
MDB-nin iştirakçısı olan dövlətlərin informasiya agentlikləri tərəfindən hazırlanmış “Qələbənin 70 illiyi” fotosərgisi Böyük Vətən müharibəsi illərində sovet xalqının qəhrəmanlığına həsr olunub. AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadən xəbər verir ki,
www.ania-news.info/exhibition70/index.html saytında Birlik ölkələrindən 90-dan çox fotoşəkil təqdim edilib.
Sərgi MDB Ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformasiya Şurasının) qərarı ilə arxivlərdə saxlanılan fotosalnamə əsasında yaradılıb. Böyük Vətən müharibəsinin müxtəlif illərində çəkilmiş fotoşəkillər cəbhələrdə gedən döyüşlərdən, partizan hərəkatından, Qələbə naminə Qızıl Ordu əsgərlərini zəruri ləvazimatla təchiz edən arxa cəbhənin işindən, zavod və fabriklərdə dəzgahlar arxasında öz valideynlərini əvəz edən uşaqlardan bəhs edir. Sərgidə cəbhə yoldaşlarının xatirəsini yad etmək üçün veteranların qarşısına toplaşdıqları memorialların fotoşəkilləri də nümayiş etdirilir.
MDB İnformasiya Şurasının sədri, TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov deyib: “TASS Agentliyinin MDB-nin digər ölkələrindən olan həmkarları ilə birlikdə hazırladığı fotosərgi 1945-ci ilin Böyük Qələbəsini təmin etmiş sovet xalqının hərbi və əmək hünərinə ümumi töhfəmizdir. Bu tarixi ekspozisiya nəinki qanlı döyüşlərdə faşizmə qalib gəlmiş, həmçinin müharibədən sonra doğma şəhər və kəndləri bərpa etmiş qəhrəman nəslə dərin hörmətimizin ifadəsidir. Bizim sərgi Böyük Vətən müharibəsinin faciəli və şanlı günləri haqqında xatirələrimizdən yalnız biridir. Biz tarixin təhrif olunmasına, ata-babalarımızın qəhrəmanlığının kiçildilməsinə yol verməmək üçün o günləri heç vaxt unutmamalı, həmişə yadda saxlamalıyıq”.
MDB İnformasiya Şurası Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Rusiyanın aparıcı informasiya agentliklərini birləşdirir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33