Lənkəran, 20 aprel, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışların açılışından əvvəl şagirdlər, onların məşqçiləri və müəllimlər Ulu Öndərin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
İsveçrə sistemi üzrə keçirilən və 7 turdan ibarət turnirdə 100-ə yaxın şagird mübarizə aparıb.
Sonda qaliblərə diplomlar və hədiyyələr verilib.