Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri muxtar respublika haqqında qonağa ətraflı məlumat verib, Naxçıvanda elm, təhsil, sənaye və kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışıb, ərzaq təhlükəsizliyinin təmin olunduğunu diqqətə çatdırıb.
Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu vurğulayıb, Daniel Kristian Çiobanunun səfərinin bu baxımdan səmərəli olacağına əminliyini bildirib.
Səmimi qəbula görə minnətdarlıq edən Daniel Kristian Çiobanu Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib. Rumıniya-Azərbaycan əlaqələrindən danışan qonaq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qarşılıqlı əməkdaşlıq üçün real imkanlar açdığını bildirib, bu sahədə səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33