Azərbaycan Tibb Universitetində “First” klub açılıb
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) tələbə gənclər təşkilatının (TGT) nəzdində “First” klubun açılışı olub.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “First” klubun sədri Məhəmməd Məmmədov klubun yaradılmasının məqsədi, nəzərdə tutulan işlər, gələcək planları barədə məlumat verib. Qeyd edilib ki, “First” klub tələbələrin bu ali məktəbin ictimai həyatında fəallığını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilib. Klubun yaradılmasının əsas səbəbi tələbələrin asudə vaxtlarını və tələbəlik illərini səmərəli, maraqlı keçirmələrinə kömək etmək, eyni zamanda, bir sıra seminar, təlim, festival, müxtəlif görkəmli şəxsiyyətlərlə görüşlər təşkil etməkdir.
Rəsmi hissədən sonra tələbələr üçün ilk təlimə start verilib. ATU-nun V kurs tələbəsi Yusif Seyidov “İlk addım” mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Sonra psixoloq İzzət Rəhimova “Gənclərdə liderlik xüsusiyyətinin formalaşdırılması” mövzusunda çıxış edib. Karyera qurulmasında insanın şəxsi keyfiyyət və bacarıqlarının xüsusi rol oynadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, gənclər güclü idarəetmə qabiliyyətinə, uzaqgörənlik, yaradıcılıq, motivasiya və digər xüsusiyyətləri inkişaf etdirməyə həvəsli olmalıdırlar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28