Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Universitetinin ikinci tədris binasında “Karyera günü" keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Karyerada ilk addım” devizi ilə reallaşdırılan tədbirdə müxtəlif profilli şirkət və müəssisələr tələbələrə öz vakansiyalarını təklif edib, onların iş müraciətlərini qəbul ediblər.
Universitetin rektoru Fərid Əhmədov işəgötürənlərlə iş həyatına başlamağa hazırlaşan yuxarı kurs tələbələrini bir araya gətirən tədbirin onlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. “Karyera günü”ndə dövlət, holdinq, şirkət, bank və digər qurumların insan resursları departamentinin nümayəndələrinin iştirak etdiklərini nəzərə çatdıran rektor bu cür tədbirlərin tələbələrin əmək bazarına çıxmaq imkanlarını genişləndirdiyini söyləyib.
Sonra Vergilər Nazirliyinin insan resursları idarəsinin rəisi Faiq Şahbazov nazirliyin insan resursları sahəsində həyata keçirdiyi islahatlar və gördüyü işlər barədə məlumat verib.