Səfir: Vyetnam Azərbaycanın sülh və sabitliyin qorunması istiqamətində səylərini dəstəkləyir
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfiri Nquyen Than Şon ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ziyafət Əsgərov Azərbaycan ilə Vyetnam arasında hələ sovet dövründən yaxşı münasibətlərin olduğunu, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin ötən il Vyetnama səfərini xatırladan Ziyafət Əsgərov bildirib ki, müansibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu var. Qarşılıqlı münasibətlərin inkişafının nəticəsidir ki, Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir, tezliklə isə Vyetnamın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq.
Səfirə yeni vəzifəsində uğurlar arzulayan Ziyafət Əsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişafının, təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. O deyib ki, hələ sovet dövründə vyetnamlı gənclər Azərbaycan Neft Akademiyasında təhsil alır və ölkələrinə neft mütəxəssisləri kimi qayıdırdılar. Bu gün də bu ənənə davam edir.
Azərbaycanın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsi olduğunu deyən Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, bu münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmaması və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi barədə məlumat verib.
Vyetnamın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu deyən səfir Nquyen Than Şon bildirib ki, bu inkişafın daha da sürətlənməsi üçün var qüvvəsi ilə çalışacaq. Səfir Azərbaycanın sülh, sabitlik və əmin-amanlığın qorunması istiqamətində səylərini dəstəklədiklərini diqqətə çatdırıb. Ölkələrimizin dostluq münasibətlərindən danışan diplomat qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər mövzulara dair fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33