İspan nəhəngləri "Borussiya"nın yarımmüdafiəçisi Marko Roysla yaxından maraqlanırlar.
Metbuat.az "Sport"a istinadən xəbər verir ki, alman futbolçunun meneceri Folker Strut "Barselona" və "Real"ın rəsmiləri ilə görüşüb. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Yurgen Kloppun mövsümün sonunda Dortmund klubunu tərk edəcəyini nəzərə alsaq, Roysun "Borussiya"dan ayrılmaq ehtimalı daha da çoxalır.