Fermer: “Tovuzda üzümçülüyün əvvəlki şöhrətini özünə qaytaracağıq”
Tovuz, 20 aprel, AZƏRTAC
Üzümçülüyün inkişafı Tovuz rayonunun iqtisadiyyatında əsas prioritet sahə kimi qəbul olunub. Rayonun təbii iqlim şəraiti bu baxımdan çox əlverişlidir. Hələ ötən əsrin 70-80-ci illərində Tovuz rayonunda üzüm bağlarının sahəsi 8000 hektara çatıb. Rayonda 14 şərab emalı zavodu fəaliyyət göstərib və 1980-ci illərdə üzüm istehsalı 106 min tona bərabər olub. Lakin 1990-cı illərdə düzgün aparılmayan aqrar siyasət nəticəsində üzüm bağları kütləvi şəkildə məhv edilib.
Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov AZƏRTAC-a bildirib ki, son zamanlar Azərbaycan hökumətinin dəstəyi ilə bu sahə yenidən inkişaf etməyə başlayıb. Ötən il regionda üzüm bağlarının sahəsi 2000 hektara, o cümlədən Tovuz rayonunda 700 hektara çatdırılıb. Regionda üzüm istehsalı 42303 ton, Tovuz rayonunda isə 9560 ton olub.
Üzümçülüyün inkişafına yönəlmiş qanun və qərarların qəbulu, eləcə də dövlət dəstəyi sahibkarların bu sahəni yenidən dirçəltmələrinə böyük imkanlar açır. Təkcə onu qeyd etmək kifayətdir ki, üzümçülüyü respublikada inkişaf etdirmək üçün “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair” Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramına əsasən, regionda üzüm bağlarını 18000 hektara, o cümlədən Tovuz rayonunda 4000 hektara çatdırmaq nəzərdə tutulur.
C.Qəhrəmanov deyib: “Ən qabaqcıl inkişaf etmiş dövlətlərdən olan Almaniyada planlaşma idarəsi fəaliyyət göstərir. Həmin idarədə fermerlərə hansı məhsullardan nə qədər istehsal edilməsi haqqında proqnozlar verilir. Bu da məhsul istehsalının idarəedilməsi üçün mühüm amildir. Respublikada və regionlarda belə idarələrin yaradılması gözəl nəticə verə bilər”.
“Üzüm sahələri kiçik fermerlər tərəfindən becərilir. Bu sahədə inkişafa nail olmaq üçün iri üzümçülük təsərrüfatlarının yaradılması vacibdir. Buna görə də kiçik fermerlərin könüllük əsasında birləşib iri fermer təsərrüfatları bazasında kooperativlər yaratmaları daha məqsədə uyğundur”, -deyə C.Qəhrəmanov qeyd edib.
Dövlətin dəstəyindən yararlanan fermerlərdən biri də rayonun Düz Qırıqlı kənd sakini Ayaz Müseyibovdur. Onun 7 hektar sahədə yetişdirdiyi üzüm bağının 3 hektarı bar verir. Bağlarda əsasən məhsuldar sortlar olan Merlot və Raqdol üzüm tənəklərini becərdiklərini söyləyən fermer deyib: “Ötən təsərrüfat ilində hər hektardan 30 ton olmaqla, 90 ton məhsul istehsal etmişik. Bu məhsulun 30 tonunu payızda satmışıq, qalan 60 tonunu isə soyuducu anbarda saxlamışıq. Ailə üzvlərimdən başqa, təsərrüfatımızda daha 12 nəfər çalışır. Gələcəkdə kənd təsərrüfatının ən gəlirli sahələrindən olan üzüm bağlarının ərazisini genişləndirməyi düşünürük. Əminəm ki, bu sahəyə göstərilən dövlət dəstəyindən faydalanaraq Tovuzda üzümçülüyün əvvəlki şöhrətini özünə qaytaracağıq”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18