İstanbul, 20 aprel, AZƏRTAC
İstanbulda Dünya kadastr zirvəsi öz işinə başlayıb.
Zirvədə Azərbaycanı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Rəsmi açılış mərasimində məlumat verilib ki, tədbirdə 86 ölkədən hökumət nümayəndələri, o cümlədən 30 ölkənin aidiyyəti üzrə qurum rəhbərləri və iqtisadiyyatın özəl sektorunun iştirakçıları iştirak edirlər.
Zirvə çərçivəsində bir neçə bölmə üzrə sərgilər keçirilir.
Dörd gün davam edəcək Dünya kadastr zirvəsində kadastr xidməti ilə bağlı konfranslar da təşkil olunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul