Ailələrə 29 nəfər qaytarılıb
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, onlardan 312 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və ƏƏSMN-nin Şaqan 3 saylı və Saray 7 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, digərləri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin psixonevroloji internat evlərində yerləşdiriliblər. Bu müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb. Habelə ƏƏSMN-nin Bilgəh, Buzovna və digər yerlərdəki sosial xidmət müəssisələrində sakinlərin yaşayışı, lazımi xidmətlərlə təmin olunması üçün normal şəraitin yaradılması təmin olunub. Digər belə müəssisələrdə də bu istiqamətdə müvafiq işlər aparılıb və hazırda davam etdirilir.
Eyni zamanda, sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər uğurla davam etdirilir. Son üç ayda ƏƏSMN-nin sosial xidmət müəssisələrindən ümumilikdə 29 nəfərin ailələrinə qayıtmaları təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 nəfər (2,6 dəfə) çoxdur.
Bu ilin birinci rübündə ƏƏSMN tərəfindən tabeliyindəki internat evlərinin fəaliyyətinin mütərəqqi beynəlxalq standartlara uyğun qurulması, bu internat evlərində göstərilən sosial xidmətlərin və reabilitasiya yönümlü işlərin genişləndirilməsi üçün onların nizamnamələri təkmilləşdirilib. Habelə yeni nizamnamələrdə sözügedən internat evlərinin rəsmi adlarında da beynəlxalq yanaşmalara uyğun dəyişiklik aparılıb. Belə ki, Şaqan 3 saylı və Saray 7 saylı internat evlərinin “Ağıldankəm uşaqlar üçün internat evi” adı “Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi” adı ilə, 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evlərinin “Ruhi-əsəb əlilləri üçün internat evi” adı “Psixonevroloji internat evi” adı ilə əvəzlənib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35