Sumqayıt, 20 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sinqapur şirkətləri ilə əməkdaşlığımızın spektri çox genişdir. Hazırda əlaqələrimizi hansı sahələrdə inkişaf etdirəcəyimizə baxırıq.
Bu barədə AZƏRTAC-a Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov məlumat verib. O qeyd edib ki, bu günlərdə Bakıda keçirilən Azərbaycan-Sinqapur biznes-forumunda Sinqapur şirkətləri informasiya texnologiyaları və neft kimyası sahələrində investisiya yatırmağa dəvət olunublar.
“Hələlik konkret layihələr yoxdur və tərəflər yaxın vaxtlarda əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyi planlaşdırırlar”, - deyə Z.Məmmədov əlavə edib.