Bakı, 20 aprel, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi cari ilin aprelin 22-dən 24-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək “KİTF 2015” beynəlxalq turizm sərgisinə qatılacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə, həmçinin 5 yerli turizm şirkəti və 2 mehmanxana iştirak edəcək.
Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 42 kvadratmetrlik stend və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları hazırlanıb.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq üçüncü dəfədir ki, “KİTF” beynəlxalq turizm sərgisinə qatılacaq.