ƏƏSMN-in sosial xidmət müəssisələrindən ailələrinə verilən şəxslərin sayı 2,6 dəfə artıb
Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Aprelin 1-nə olan məlumata görə, ƏƏSMN-in tabeliyindəki sosial xidmət müəssisələrində ümumilikdə 1030 nəfər tam dövlət təminatında yaşayır. Onlardan 312 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır və ƏƏSMN-nin Şaqan 3 saylı və Saray 7 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, digərləri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin psixonevroloji internat evlərində yerləşdiriliblər. Bu müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Son illərdə Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb. Habelə, ƏƏSMN-nin Bilgəh, Buzovna və digər yerlərdəki sosial xidmət müəssisələrində sakinlərin yaşayışı, lazımi xidmətlərlə təmin olunması üçün normal şəraitin yaradılması təmin olunub. Digər belə müəssisələrdə də bu istiqamətdə müvafiq işlər aparılıb və hazırda davam etdirilir.
Cari ilin birinci rübü ərzində ƏƏSMN tərəfindən tabeliyindəki internat evlərinin fəaliyyətinin mütərəqqi beynəlxalq standartlara uyğun qurulması, bu internat evlərində göstərilən sosial xidmətlərin və reabilitasiya yönümlü işlərin genişləndirilməsi üçün onların nizamnamələri təkmilləşdirilib. Habelə yeni nizamnamələrdə sözügedən internat evlərinin rəsmi adlarında da beynəlxalq yanaşmalara uyğun dəyişiklik aparılıb. Belə ki, Şaqan 3 saylı və Saray 7 saylı internat evlərinin "Ağıldankəm uşaqlar üçün internat evi" adı "Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evi" adı ilə, 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan internat evlərinin "Ruhi-əsəb əlilləri üçün internat evi" adı "Psixonevroloji internat evi" adı ilə əvəz edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47