Tanınmış fotoqraf Uonson Lyük Tibetdəki Sertar şəhərindəki "Larunq Qar" adlı buddist məktəbindən fotopreportaj hazırlayıb.
 
Milli.Az bildirir ki, məktəblə yanaşı, məbəd olan "Larunq Qar"da hər gün ən azı 40 min buddist dua edir.
 
Özlərini çağdaş dünyaya qapadan rahiblərin yaşadıqları məktəb-məbəddə televizor, soyuducu, hətta hər mərtəbə üçün ayaqyolu da yoxdur.
Rahiblər, şagirdlər və zəvvarlar məbədin yaxınlığındakı 40 min nəfərlik ümumi ayaqyolundan istifadə edirlər.
 
Milli.Az