Bakı, 20 aprel, AZƏRTAC
Sabirabad rayonunun Ətcələr kəndinə təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilın tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 302 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 46 min 689 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 47 ədəd müxtəlif diametrli siyirtmə, 302 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.