Bakı, 20 aprel, İbrahim Əsədov, AZƏRTAC 
Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin elmi katibi, ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədovun “XX yüz il Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli nəşrin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, “Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabda XX yüz il Azərbaycan ədəbiyyatının mərhələ və problemləri təhlil edilir.
Digər çıxış edənlər də nəşr barədə fikirlərini bölüşüb, əsərin elmə dəyərli töhfə olduğunu bildiriblər.