Bakı, 20 aprel, AZƏRTAC
İŞİD qruplaşmasının yaraqlıları Kərkük şəhərində insanların gözü qarşısında 24 iraqlını edam edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Kərkük əyalətinin eyni adlı paytaxtından 95 kilometr kənarda yerləşən Zab rayonunda baş verib. Edam edilənlərin hamısı bir qədər əvvəl yaraqlılar tərəfindən əsir götürülmüş kişilərdir. Onların bir çoxu rayon bələdiyyə şurasının əməkdaşları olub.