Trend-in “Sabah”a istinadən verdiyi məlumata görə, ABŞ-ın səkkiz müsəlman icması ABŞ Konqresinə yazılı müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qiymətləndirmək həmin hadisələr zamanı zərər çəkən başqa millətlərin hüquqlarının pozuntusudur.
Bundan başqa, müsəlman icmaları hadisələrin tarixi baxımdan araşdırılmasına üstünlük verdiklərini vurğulayıblar.
Milli.Az