İtaliyanın Baş naziri mühacirlərlə dolu gəminin batmasını böyük faciə adlandırıb
Bakı, 20 aprel, AZƏRTAC
Siciliya boğazında son dövrlərin ən böyük gəmi qəzalarının birində sağ qalanların axtarışı aparılır. İtaliyanın sahil mühafizəsi əməliyyatları müşahidə edir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Aralıq dənizində qəzaya uğrayaraq batan gəminin göyərtəsində 950 mühacirin olduğu ehtimal edilir. Onların arasında qadınlar və uşaqlar da var. Hələ ki, 28 nəfərin xilas olunduğu, 20-dən çox insanın isə cəsədinin aşkarlandığı bildirilir.
Belə hadisələrin tez-tez təkrarlandığı İtaliya Avropa İttifaqının qanunsuz miqrasiyaya həsr olunmuş fövqəladə iclasının keçirməsini tələb edib. İtaliyanın Baş naziri Matteo Rensi deyib: “Belə görünür ki, qanunsuz miqrasiya ilə mübarizədə təkcə İtaliyanın cəhdləri yetərli deyil. Bizim beynəlxalq dəstəyə ehtiyacımız var. Bu gəminin qəzaya uğraması ölkəmizin tarixində böyük faciədir. Biz sanki XXI əsrdə deyil, orta əsrlərdə, quldarlıq dövründə yaşayırıq”.
Avropa İttifaqı ölkələrinin xarici və daxili işlər nazirləri mühacirlərlə bağlı yaranmış vəziyyəti bu gün Lüksemburqda müzakirə edəcəklər.
Xatırladaq ki, Aralıq dənizində “Avropaya doğru yol”da təkcə bu ilin ötən dövründə minə yaxın insan həlak olub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25