Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/

Cəlilabad şəhər sakinindən külli miqdarda tiryək və heroin götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Dövlətovdan 5 kiloqram 500 qram tiryək və 770 qram heroin götürülüb.

Faktla bağlı araşdırlamar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az