Bakı, 20 aprel, AZƏRTAC
Rusiyanın güc strukturları Dağıstanın Buynaksk rayonunda xüsusi əməliyyatın yekun mərhələsinə başlayıblar.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusi təyinatlı dəstələr silahlıların sığındığı evin dağıntılarını təmizləməyə başlayıblar. Dağıntılar altından bir neçə cəsəd tapılsa da, bunkerdə kiminsə sağ qaldığı istisna edilmir.
İlkin məlumatlara görə, federal qüvvələrın əməkdaşları xüsusi əməliyyat zamanı üç nəfər silahlını qətlə yetiriblər. Öldürülənlərin arasında “Qafqaz əmirliyinin” Kibekov soyadlı başçılarından birinin də olduğu ehtimal edilir.