Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/
Gəncə şəhər sakinini qətlə yetirmiş iki nəfər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 18-də Gəncə şəhərində şəhər sakini Yaqub Qəhrəmani münaqişə zəminində həmyerlisi Əli Əliyevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Nəticədə Ə.Əliyev ölüb.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qəhrəmani və hadisədə iştirak etmiş digər şəxs - şəhər sakini Əli Qəhrəmani tutulublar.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az