Kəpəz TV (Region TV) xəbər verir ki, yarışda 3-cü turun oyunları keçirilib.

Günün ən maraqlı görüşündə dünyanın 1 nömrəsi Maqnus Karlsen reytinq siyahısında 2-ci olan Fabiano Karuananı məğlub edib. Azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov fransız Maksim Vaşye-Laqravla, son ölkə çempionu Rauf Məmmədov isə sabiq dünya çempionu Vladimir Kramniklə xalları yarı bölüblər. Digər eks-dünya çempionu Vişvanatan Anand yarışın ən gənc şahmatçısı Aniş Giriylə sülh bağlayıb. Xatirə turnirinin bir başqa gənc iti zəka sahibi Uesli So təcrübəli Maykl Adamsdan güclü olub. 3 turdan sonra turnir cədvəlinin ilk iki pilləsində 2,5 xalla Maqnus Karlsen və Uesli So qərarlaşıblar. Kramnik 2 xalla 3-cüdür. Sonrakı yerləri isə 1,5 xalı olan Anand, Rauf Məmmədov və Vaşye Laqrav bölüşdürürlər. Aniş Giri, Şəhriyar Məmmədyarov və Karuananın isə 1 xalı var. Siyahının son pilləsində yarım xalla Adams yer alıb.

Milli.Az