ANS PRESS-ə açıqlama verən ifaçı ad günü mərasiminə heç bir şou nümayəndəsini çağırmamasına belə şərh verib: “Təmtəraqlı ad gün keçirsəydim, gərək toy edərdim. Dəvət edəcəyim qonaqların siyahısını hesablandım 200 nəfərdən çox oldu. Bu qədər qonaqla toy edib, ərə getmək olar. Hələ ki, qismətini tapmamışam. Bu səbəbdən ad günümü ailə üzvlərimlə keçirdim”.
25 yaşı tamam olan müğənni açıqlamasında ilk hədiyyəni özü özünə etdiyini də dedi: “Əslində bu bir zarafatdır. Yolda avtomobili gördüm və xoşuma gəldi. Zarafatyana paylaşılan bir videodur. Bu həftə Gürcüstanda çəkilən “Bezdim, gəlmə” adlı klipimi təqdim etdim. Bu klipi əslində ad günümdə təqdim etmək fikrində idim. Elə alındı ki, bir neçə gün tez təqdimat keçirməli oldum. Bu klipi özüm-özümə hədiyyə etmişəm”.


Mənbə
ANS PRESS