"Qarabağ" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması üçün ötən gündən məşqlərə başlayıb. 


Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Premyer Liqanın 30-cu turundakı gərgin "Simurq" matçından sonra komandaya bir günlük istirahət vermişdi.


Ötən gün komanda 1 məşqə çıxıb. Ağdamlılar hazırlıqları elə Zaqatalada davam etdirirlər.


Qeyd edək ki, aprelin 21-də keçiriləcək qarşılaşmanın başlama saatı da müəyyənləşib. Belə ki, Zaqatala şəhər stadionundakı görüş saat 18.00-da start götürəcək.


Fanat.az