Yeni mövsümdə seriallarda iştirak etmək istəməyən aktrisa Bərgüzar Korel və aktyor Kənan İmirzalıoğlu kimi adların arasına aktrisa Fəxriyyə Evcən və başqaları da daxil olub.
Axşam.az “Acunn.com”a itinadən xəbər verir ki, Türkiyə mətbuatı yeni mövsümdən seriallara çəkilməyəcək aktyorların adlarını açıqlayıb.
Fəxriyyə Evcən
Yeni sevgilisi aktyor Burak Özçivitlə birlikdə rol aldığı “Aşk Sana Benzer”in ardından yenidən filmə çəkilmək istəyən gənc aktrisa kino sektoruna yönələcəyini söyləyib:
“Bu il seriallarda iştirak etməyəcəm, kinoya çəkilmək istəyirəm. Yeni filmim var, amma hər şey yalnız layihə mərhələsindədir. Buna görə kiminlə oynayacağımı və çəkilişlərin nə vaxt başlayacağını hələ bilmirəm".
Kənan İmirzalıoğlu
Aktyor Kənan İmirzalıoğlu, serialların uzun olduğundan şikayətlənərək, ekranlardan uzaqlaşacağını açıqlayıb. “Karadayı”nın son layihəsi olduğunu deyən aktyor "Seriallara ara verəcəyəm. Çəkilmək istədiyim film layihələri var. Onları reallaşdırmaq, kino dünyasından uzaq qalmamaq istəyirəm" - deyə, bildirib.
Engin Günaydın
Ən son “Qalib Dərviş” serialına çəkilmiş aktyor Engin Günaydın ekranlardan əlini ayağını çəkən ad olub. E.Günaydın son olaraq “İçimdəki səs” filmiylə gündəmə gəlib.
Bergüzar Korel
“Karadayı” serialında rol alan aktrisa Bərgüzar Korel, teatrda çalışacağını açıqlayıb.
Bərrak Tüzünataç
Ən son “Möhtəşəm Yüzyıl” serialında rol alan aktrisa Bərrak Tüzünataçda kinoya yönələn adlardan biri olub. 2013-ci ildə "Çanaqqala Yolun Sonu” filmində yer alan aktrisa bu aralar isə yeni bir kinoya çəkiləcəyini bildirib.