[ 20 Aprel 2015 11:43 ]


Bakı. Ülkər Bəkirli - APA. “İslam Dövləti” (İŞİD) terror qruplaşması İraqın Kərkük əyalətində 24 nəfəri gözü qarşısında edam edib.

APA-nın “TASS”a istinadən verdiyi məlumata görə, edam olunanların hamısı İraq vətəndaşı olub.

 

Onların əksəriyyətinin Kərkük bələdiyyə məclisinin üzvləri olduğu bildirilir.

 

İranın “Press-TV” telekanalının yaydığı məlumata görə, kütləvi edam Kərkükdən 95 kilometr aralıda baş verib.